Rusiyada qan donduran hadisə baş verib  – FOTO+VİDEO

  • By admin
  • 19 İyun 2017 11:38

unnamed
Rusiyada baş verən hadisə görənləri dəhşətə gətirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyunun 14-də axşam saatlarında Rusiyada sahibsiz itlərin hücumuna məruz qalan şəxs bir gün sonra ölmüş halda tapılıb.

Belə ki, əhalinin sıx olmadığı yolla hərəkət edən şəxs ani olaraq 12 sahibsiz itin hücumuna məruz qalıb. Bu zamanı tarazlığını saxlaya biləməyən şəxs yerə yıxılıb. Ayağa qalxmağa çalışsa da, itlərin sayının çoxalması səbəbindən şəxs özünü müdafiə edə bilməyib.

Bir müddət sonra aldığı zədələrdən huşunu itirən şəxs yerə yıxılıb. Sahibsiz itlər isə müdafiəsiz qalan şəxsi parçalayıblar.

https://www.youtube.com/watch?v=SO-YzsfYyj0

Anar
Gununsesi.info