Rusiyada raket anbarında partlayış olub, 5 hərbçi yaralanıb

  • By admin
  • 22 Mart 2020 19:58

Bu gün Rusiyada raket-artilleriya zavodunun sursat anbarında partlayış baş verib.

Gununsesiaz.info TASS agentliyinə istinadən verdiyi məlumata görə, Murmansk yaxınlığında, Roslyakovo mikrorayonunda yerləşən zavodun anbarında baş verən partlayış nəticəsində 5 hərbçi yaralanıb.

Yaralılardan 2-nin durumu ağır, 3-ü isə orta-ağır vəziyyətdədir. Partlayışdan sonra yanğın baş verməyib. 

İlkin versiyaya görə, partlayışa səbəb sursatla ehtiyatsız davranışdır.

Gununsesiaz.info