Rusiyada reketlik edənin məhkəməsi başlayıb

  • By admin
  • 11 Oktyabr 2016 17:25

mehkeme

Oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə Rusiyada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsi barədə iddia üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun xəbərinə görə, keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, E.Həsənov Rusiya Federasiyasının Cinayət Məcəlləsi ilə hədə-qorxu ilə tələb etmə maddəsi ilə ittiham olunub.

O, Rusiyada 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Həsənov daha sonra Azərbaycana təhvil verilib.

Gülnaz Qənbərli

Gununsesi.info