Rusiyada Şamil Basayevin dəstəsinin üzvləri saxlanılıb

  • By admin
  • 21 Oktyabr 2020 16:24

1999-cu ildə Dağıstana təşkil olunmuş hücumun iştirakçılarından ikisi tutulub.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətindən (FTX) bildirilib.

Saxlanılanlar Stavropol vilayətindən olan 1975-ci il təvəllüdlü Rəsul Maylubayev və 1977-ci il təvəllüdlü Zahir Yaqubovdur. 

Onlar 1999-cu ildə Şamil Basayev və Əmir Xəttabın dəstəsi tərəfindən Dağıstanın Botlix rayonuna təşkil olunmuş hücumda iştirak ediblər.

Həmin hücum zamanı 280 nəfər həlak olub, 800 nəfər yaralanıb. 

 

 

Gununsesi.info