Rusiyada saxlanılan azərbaycanlı “qanuni oğru”nun səhhəti pisləşib - VİDEO

  • By admin
  • 16 Oktyabr 2017 17:18

7af70029cd174da71e754c377ba30507

Kriminal aləmdə Yunus Bakinski kimi tanınan 56 yaşlı Yunus Nəzərov Rusiyadan çıxarılıb və ona bir daha ömrü boyu ölkə ərazisinə girmək qadağan olunub.

Gununsesi.info “primecrime”yə istinadən xəbər verir ki, ötən həftə Rusiya polisi onu arzuolunmaz şəxs elan edərək, ölkə ərazisindən çıxarmaq barədə sənədə imza atdırıb.

Baxmayaraq ki, indiyədək bir neçə dəfə onu ölkə ərazisindən çıxarılmasına çalışsalar da, buna nail ola bilməyiblər. Podolsk şəhər məhkəməsi “Yunus Bakinski” barəsində ölkədən çıxmaq barədə qərar çıxarıb.

Bundan öncə son iki il ərzində “Yunus Bakinski”nin ölkədən çıxarılması barədə dörd dəfə məhkəmə qərar çıxarılsa da, nəticəsi olmayıb.

Məhkəmənin qərarına baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları “Yunus Bakinski”ni  ölkədən çıxarmağa razı sala bilməyiblər. “Bakinski” səhhətində yaranan ciddi problemlər üzündən ölkəni tərk edə bilməyəcəyini deyib. O vaxtı ilə aldığı xəsarətlərdən əziyyət çəkdiyini bildirib.

Gununsesi.info