Rusiyada saxlanılan türkiyəli jurnalistlər sərbəst buraxılıblar

  • By admin
  • 24 Dekabr 2021 17:16

Rusiyada casusluqda ittiham olunan iki türk jurnalist sərbəst buraxılıb.

Gununsesi.info “Haber Global”a istinadən xəbər verir ki, media nümayəndələri Nazgül Kenjetay və Emin Karaçak Yakutiya və Altay bölgələrinin milli musiqi, rəqs və yeməklərinə dair çəkiliş ediblər.

Bildirilib ki, saxlanılmadan sonra onların çəkdiyi bütün şəkillər sildirilib.

Qeyd edək ki, dekabrın 16-da onlar qaldıqları hotelin qarşısında saxlanılmışdılar.

Gununsesi.info