Rusiyada saxta araq istehsal edən Azərbaycan vətəndaşı saxlanılıb

  • By admin
  • 29 May 2018 23:45

Rusiyanın Komi respublikasının Uxta şəhərində saxta araq istehsal edən Azərbaycan vətəndaşı saxlanılıb.

Komi DİN-in mətbuat xidmətindən BNK informasiya agentliyinə daxil olan məlumata görə, əvvəllər də saxta alkoqollu içki istehsalı ilə məşğul olan 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşına məxsus anbardan 200 min rubl dəyərində saxta araq götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb.

Qeyd edək ki, Uxta şəhəri Rusiyanın ən soyuq bölgələrindən olan tundrada yerləşir.

 

GUNUNSESİ.İNFO