Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 34-ə çatdı

  • By admin
  • 10 Oktyabr 2021 21:00

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən ölənlərin sayı 34 nəfərə çatıb.

Gununsesi.info “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə vilayət hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, ümumilikdə saxta spirtli içkidən 67 nəfər zəhərlənib. Onlardan 34-ü ölüb, 24-ü isə xəstəxanadadır. Müalicə alanlardan 7-nin vəziyyəti ağırdır, 4-ü isə süni tənəffüs aparatına qoşulub.

Gununsesi.info