Rusiyada şaxtada GÜCLÜ PARTLAYIŞ: ölənlər var

  • By admin
  • 23 Aprel 2022 10:04

Orenburq vilayətindəki Qayski mədən və emalı zavodunda (GOK) 1,2 km dərinlikdə partlayıcının işə düşməsi baş verib. 

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb.

Bildirilib ki, hadisə nəticədə ilkin məlumatlara görə, üç nəfər həlak olub.

“Qayski mədən-emalı zavodunda baş vermiş hadisə ilə bağlı: İlkin məlumata görə, bu gün saat 08:50 radələrində mədən-partlayış işləri zamanı 1,2 km dərinlikdə partlayıcı qurğu işə düşüb. 88 işçi evakuasiya edilib. Üç nəfər ölüb”, – deyə idarənin yaydığı məlumatda deyilir.

Daha əvvəl fövqəladə hallar xidmətindəki mənbə partlayış barədə məlumat verib. Bildirilib ki, təxliyə edilən işçilərin heç birinin tibbi yardıma ehtiyacı olmayıb.

“İlkin məlumatlara görə, partlayış mədən və partlayış işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş vermiş ola bilər”, – mənbə bildirib.

Gununsesi.info