Rusiyada seçkilərin yekun nəticələri açıqlandı

  • By admin
  • 21 Sentyabr 2021 08:54

“Vahid Rusiya” partiyası protokolların 100 faizinin yoxlanılmasından sonra 49,82 faiz səs toplayaraq Dövlət Dumasına seçkilərində irəlidədir.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) rəsmi internet saytı məlumat dərc edib.

Bildirilib ki, Kommunist Partiyası 18,93 faiz, Liberal Demokrat Partiyası 7,55 faiz, “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət Üçün” – 7,46 faiz səs toplayıb.

Həmçinin, mövcud məlumatlara görə, “Yeni İnsanlar” partiyası 5,32 faiz səslə Dumaya daxil olub.

Gununsesi.info