Rusiyada son sutka ərzində daha 24 581 nəfər koronavirusa yoluxub

  • By admin
  • 22 Noyabr 2020 12:59

Rusiyada son sutka ərzində daha 24 581 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Gununsesi.info-nun Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 2 089 329 nəfərə çatıb.

Son sutka ərzində 467 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 36 179 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

 

Gununsesi.info