Rusiyada son sutkada 11 231 nəfər koronavirusa yoluxub, 88 nəfər ölüb

  • By admin
  • 07 May 2020 12:01

Rusiyada son sutka ərzində daha 11 231 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Gununsesi.org-un  Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVİD-19-a yoluxanların sayı 177 160 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 88 nəfərin öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 1625 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 23 803 nəfərdir.

 

 

Gununsesi.org