Rusiyada son sutkada 9 minə yaxın yoluxma

  • By admin
  • 11 Aprel 2021 13:29

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 702 nəfər artıb.

 

  Gununsesi.info   TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 337 pasiyent vəfat edib, 7 230 nəfər sağalıb.

Ümumilikdə Rusiyada 4 641 390 nəfərdə koronavirus aşkarlanıb, 102 986 nəfər dünyasını dəyişib, 4 265 509 nəfər sağalıb. 272 895 pasiyent müalicə olunur.

 

Gununsesi.info