
Rusiyada 14 yaşına kimi uşaqlara sosial şəbəkədən istifadə edilməsi qadağan edilə bilər.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli olacaq.
Bununla bağlı Leninqrad Region Qanunvericilik Assambleyası tərəfindən “Sosial şəbəkələrin hüquqi tənzimlənməsi haqqında” xüsusi qanun lahiyəsi hazırlanıb. Qanun lahiyəsi Dövlət Dumasına aprelin 5-si təqdim olunacaq.
Gununsesi.info