Rusiyada təyyarə qəzası baş verib: ölənlər var

  • By admin
  • 08 Oktyabr 2017 19:53

teyyare vuruldy
Rusiyanın Stavropol diyarında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “TASS” fövqəladə xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Hadisə nəticəsində 2 nəfər ölüb. Qəzaya uğrayan təyyarənin yandığı bildirilir.
Təyyarənin xüsusi şirkətə məxsus olduğu ehtimal edilir. Hadisə yerinə təhqiqat qrupu cəlb edilib.
Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir.

 

Gununsesi.info