Rusiyada təyyarənin qəza anının görüntüləri yayıldı - VİDEO

  • By admin
  • 26 Oktyabr 2021 09:09

Rusiya İstintaq Komitəsi Moskva vilayətində Ruza yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğradığı anın videosunu yayımlayıb.

Gununsesi.info xəbər verir ki, kadrlarda təyyarənin havaya necə qalxdığı və sonra meşənin arxasına düşdüyü görünür.

Hadisə Vatulino kəndi yaxınlığında baş verib. Təyyarədə olan iki nəfər həlak olub.

Gununsesi.info