Rusiyada yol hərəkəti qaydalarına edilən dəyişikliklər bu gündən qüvvəyə minir. Fins.az xəbər verir ki, yeni qanun ölkədə yük maşınlarını, taksi və avtobusları Rusiya sürücü vəsiqəsi olmadan idarə etməyi qadağan edir.
Qanuna əsasən, iyunun 1-dən nəqliyyat vasitələrininn idarə edilməsi ilə birbaşa əlaqəli olan sahibkar və əmək fəaliyyəti ilə məşğul olan şəxslər xarici sürücülük vəsiqəsi ilə maşın idarə edə bilməyəcəklər. Belə ki, əcnəbilərə nəqliyyat vasitələrini idarə etmək hüququnu yalnız Rusiyanın Dövlət Yol Polisi İdarəsində imtahan verdikdən sonra qazanacaqlar.
Qeyd edək ki, qanunu pozanlara qarşı reydlər keçirilməyəcək. İmtahandan keçməyənləri adi profilaktik işlər zamanı müəyyən edəcəklər.
Gununsesi.info