Rusiyada tankların yığıldığı yeganə zavod İFLİC OLDU

  • By admin
  • 22 Mart 2022 10:16

Rusiyada Rusiya Silahlı Qüvvələri üçün tanklar, digər zirehli maşınların istehsalı və təmiri ilə məşğul olan “Uralvaqonzavod” zavodu və Çelyabinsk Traktor Zavodunun fəaliyyəti dayandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Defence Express” Rusiya Silahlı Qüvvələrin Baş Qərargahına istinadla məlumat yayıb.

Bildirilib ki, xaricdə istehsal olunan lazımi komponentlərin olmaması səbəbindən iş dayandırılıb.

“Defence Express”in məlumatına görə, “Uralvaqonzavod” həm Rusiya ordusunun ehtiyacları, həm də ixrac üçün tankların seriyalı yığılmasını həyata keçirən yeganə Rusiya şirkətidir.

Gununsesi.info