

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Vladimir vilayətində həyata keçirdiyi əməliyyat nəticəsində beynəlxalq terrorçular tərəfindən ələ alınaraq ölkə ərazisində terror hadisəsi törətmək istəyən Orta Asiyadan olan iki nəfər məhv edilib.
Gununsesi.info “rian.ru”-ya istinadən xəbər verir ki, FTX keçirdiyi əməliyyat zamanı 1991 və 1987-ci il təvəllüdlü Orta Asiyadan olan iki şəxsi şübhəli qismində saxlamaq istəyərkən, onlar əməliyyat iştirakçılarına qarşı silah işlətmək istəyiblər. FTX əməkdaşlarının adekvat reaksiyası nəticəsində hər iki şəxs öldürülüb.
Öldürülən şəxslərin beynəlxalq terrorçularla əlaqədə və Rusiya ərazisində terrakt hadisəsi törətməyə hazır olduqları bəlli olub.
Əməliyyat axtarışı nəticəsində hadisə yerindən partlayıcı maddələrin komponenti, AK-74 avtomatı, PM tapançası və digər sursat götürülüb.
Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Gununsesi.info