Rusiyada terror aktı ilə bağlı cinayət işi açıldı

  • By admin
  • 03 Aprel 2017 21:05

8f58ec5c-f47e-46a5-bb40-52cfd7db04e0_292

 

Rusiya İstintaq Komitəsi Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayışla bağlı Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi üzrə cinayət işi açıb.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

Onun sözlərinə görə, insidentin digər versiyaları araşdırılır.

Qeyd edək ki, partlayış nəticəsində 10 nəfər ölüb, 47 nəfər yaralanıb.

 

Gununsesi.info