Moskvanın Basmannı məhkəməsi “Crocus”da terror aktı ilə bağlı iş üzrə altıncı müttəhim İsrail İslamovu həbs edib.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti özünün teleqramdakı kanalında xəbər yayıb.
O, bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. İsrail İslamov mayın 22-dək istintaq təcridxanasında qalacaq.
Məhkəmə bağlı qapılar arxasında keçirilib.
Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 6 nəfərə çatıb.
Gununsesi.info