Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi saytında ilk dəfə olaraq “Crocus City hall”da baş vermiş terror aktı nəticəsində ölənlərin siyahısını dərc edib.
Gununsesi.info-nun TASS-a istinadən məlumatına görə, siyahıda hələlik 13 nəfərin adı var. Bildirilir ki, siyahıda Bakı vaxtı ilə saat 18:00-a olan məlumatlar yer alıb.
Mətbuat xidməti qeyd edib ki, bunlar ölənlərin adlarının ilkin siyahısıdır. “Ölənlərin şəxsiyyəti məhkəmə-tibb ekspertləri tərəfindən müəyyən edildikdən sonra siyahılar yenilənəcək”, – nazirlikdən bildirilib.
Fövqəladə Hallar Nazirliyi həmçinin Səhiyyə Nazirliyinin məlumatlarına əsaslanaraq zərərçəkənlərin siyahılarını dərc edir.
Gununsesi.info