Rusiya hüquq-mühafizə orqanları ölkədə terror aktları törətməyi planlaşdıran 10 nəfəri həbs edib.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, saxlanılan şəxslər paytaxt Moskvada və Sank-Peterburqda partlayışlar törətməyi planlaşdırdıqlarını etiraf ediblər.
Onlar ilkin ifadələrində, həmçinin İŞİD terror qruplaşmasının üzvləri ilə əlaqədə olduqlarını deyiblər.
Həbs olunan şəxslərdən əldəqayırma bombalar, odlu silahlar, döyüş sürsatları və rabitə vasitələri müsadirə olunub.
Gununsesi.info