Rusiyada üç jurnalist pandemiyanın qurbanı olub

  • By admin
  • 05 May 2020 14:34

“İndiyədək 23 ölkədə 55 jurnalist COVID-19-dan ölüb”.

Gununsesi.org  “Interfax”a istinadən xəbər verir ki, bunu Rusiyanın Jurnalistlər Birliyinin sədri Vladimir Solovyov açıqlayıb.

Onun sözlərinə görə, Rusiyada 100-dən çox jurnalistə koronavirus diaqnozu qoyulub. Onlardan 3-ü vəfat edib.

“Yoluxanların əksəriyyətində xəstəlik əlamətsiz keçir”, – V.Solovyov bildirib.

Sədr həmçinin 500-dən çox jurnalistin hazırda həkimlərin müşahidəsi altında olduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiyada qeydə alınmış yoluxma hallarının sayı 155 370-dir. Onlardan 19 865 nəfəri sağalsa da, 1 451 nəfər koronavirusun qurbanı olub.

 

Gununsesi.org