Rusiyada Ukraynaya casusluq edən polis rəisi saxlanılıb

Rusiyanın Kursk vilayətinin rayon polis şöbəsinin rəisi dövlətə xəyanət ittihamı ilə saxlanılıb.

Gununsesi.org-un Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, 1981-ci il təvəllüdlü Dmitri Borzenkov Ukrayna Təhlükəsizlik Xidmətinin bir bölməsi tərəfindən gizli əməkdaşlığa cəlb olunub.

Onun dövlət sirri daşıyan məlumatları topladığı və qarşı tərəfə ötürdüyü bildirilib.

 

Gununsesi.org