Rusiyada universitetdə atışma: 8 ölü, 6 yaralı  - VİDEO

  • By admin
  • 20 Sentyabr 2021 12:04

Rusiyanın Perm şəhərində universitetdə atışma olub.

Gununsesi.info-nun məlumatına görə, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq atəş açıb.

Tələbə və müəllimlərin otaqlarda gizləndiyi, bir neçə nəfərin pəncərələrdən tullandığı deyilir. İlkin məlumatlara əsasən, hadisə zamanı azı 6 nəfər öldürülüb, 8 nəfər isə yaralanıb.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Cinayətkar saxlanılıb. Onun universitetin tələbəsi olduğu bildirilir.

 

Gununsesi.info