Rusiya Daxili İşlər Nazirliyi ölkə vətəndaşlığını əldə etmək üçün tələb olunan proseduru asanlaşdırmağı planlaşdırır.
Gununsesi.info xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Qorovoy deyib.
Nazir müavini bildirib: “Biz prosesi optimallaşdırmaq üçün lazım olan hər şeyi edəcəyik”.
A.Qorovoy qeyd edib ki, nazirlik ölkəyə uzun müddətli və ya daimi yaşamağa gələn əcnəbilər üçün ən rahat şərait yaratmaq məqsədi daşıyır:
“Biz ölkəmizə gələn yüksəkixtisaslı mütəxəssislərin və ali məktəblərimizdə təhsil alan xarici tələbələrin Rusiya vətəndaşı olmaq istəməsinə ikiəlli razıyıq”.
Gununsesi.info