Rusiyada vertolyotun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Gununsesi.info-nun “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Krasnodarın vilayətinin Beloreçensk rayonunda baş verən qəza nəticəsində ölənlərdən biri pilotdur.
Həyatını itirən digər şəxsin heyət üzvü, yoxsa sərnişin olub-olmadığı dəqiqləşdirilir. İkin məlumata görə, “Mi-2” vertolyotu kənd təsərrüfatı sahələrinə dərman səpilməsi ilə məşğul olub.
Gununsesi.info