Rusiyada “Vaqner”in başlatdığı hərbi üsyan bütün dünyanın diqqətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə açıqlama verən Xalqa Xidmət Hərəkatının (XXH) Başqanı Arzu Sayadoğlu silahlı hərbi üsyanı qınadıqlarını ifadə edib.
XXH Başqanı daha sonra bunları bildirib:
“Rusiyada yaşanan qanunusuz hərbi çevrilişin əleyhinəyik. Birmənalı olaraq bunu rədd edirik!
Dünyanın hər yerində qanunsuz hərbi çevrilişlərin əleyhinəyik. Demokratiyanın əsas ünsürü xalq, müstəqil qurumlar və müstəqil siyasi partiyalardır. Xalqın önünü kəsəcək, özünü millətdən üstün tutan addımları lənətləyirik.
Rusiyada bu hərbi qanununsuzluğu maliyyələşdirlənlərin qanunun önünə çıxarılmasını tələb edirik!
Dünyadakı demokratiya yanlısı ölkələri hərbi çevrilişə qarşı gerçək yanaşma ortaya qoymağa səsləyirik.
Azərbaycanda hakim partiyanı və özünü demokrat kimi təqdim edənləri bu qanunsuz hərbi addııma qarşı ciddi mövqe qoymağa səsləyirik.
Məsələ Rusiya məsələsi deyil, dünya insanlığı olaraq ortaq dəyərlərimiz olan demokratiya və ədalət məsələdir.
Siyasilərin və dünyanın demokartik ölkələrinin demokartiya qarşısında imtahanına nə cür reaksiya verəcəyini yaxından izləyəcəyik!
İstər Türkiyədə (o zamanda buna qarşı çıxmışdım), istər Rusiyada, istərsə də Azərbaycan və ya başqa ölkələrdə bu qanunsuzluğa qarşı çıxdıq.
Silahların deyil, demokratik mübarizənin və xalqın iqtidarı bəlli etdiyi dünyanın tərəfdarıyıq”.