Rusiyada yaşayış binasında dəhşətli partlayış: Ölənlər var – VİDEO

Rusiyanın Moskva vilayətinin Ximki şəhərində yaşayış binasında dəhşətli partlayış baş verib.

“Mash” “Telegram” kanalı bununla bağlı kadrlar yayımlayıb.

HTML tutorial

Partlayış binanın səkkizinci mərtəbəsində baş verib. Nəticədə həmin mərtəbənin fasadının bir hissəsi dağılıb, altıncı, yeddinci və doqquzuncu mərtəbələrə ciddi zərər dəyib. İlkin məlumatlara görə, partlayışın baş verdiyi mənzinldə dörd nəfər yaşayıb, onlardan ikisi oğlan uşağı (3 və 12 yaşlarında) olub. Uşaqlardan böyüyü dağıntılar altından çıxarılıb, kiçiyini xilas etmək mümkün olmayıb.

Həmçinin bir mərtəbə aşağıda yaşayan kişi həlak olub.

Fövqəladə xidmətin əməkdaşları axtarışlara davam edir.

Gununsesi.info