Rusiyada Yeni il bayramı ərəfəsində karantin yumşaldılıb

  • By admin
  • 30 Dekabr 2021 22:11

Rusiyada epidemioloji vəziyyətin sabitləşməsi fonunda Yeni il üçün məhdudiyyətlər yumşaldılıb.

Gununsesi.info  xəbər verir ki, ölkənin bölgələrində bir çox ticarət mərkəzləri, restoranlar, teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər və idman obyektləri açıqdır.

2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 9-dək ölkədə qeyri-iş günləri elan edilib.

Rusiyanın bir çox şəhərlərində, o cümlədən Moskvada müxtəlif əyləncə proqramları təşkil olunacaq,

Moskvada Yeni il gecəsi atəşfəşanlıqla qarşılanacaq, paytaxtın müxtəlif rayonlarında yarmarkalar təşkil olunub.

Gununsesi.info