Rusiyada yeni növ səfərbərlik planlaşdırılır

NATO-nun Ukraynaya dəstəyi Rusiyada daxili iqtisadi və digər səfərbərlik tələb edir.

Gununsesi.info “Kommersant” istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib .

HTML tutorial

“NATO artıq faktiki olaraq Ukrayna münaqişəsində iştirak edir. Bu, yəqin ki, bizim daxili iqtisadi və digər səfərbərliyimizi tələb edir. Bu, əlavə yükdür”, – Peskov bildirib.

Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də çıxışı zamanı Rusiyada qismən səfərbərliyin başlandığını elan edib. O, Ukraynadakı müharibəyə 300 min ehtiyatda olan əsgəri aparmağı planlaşdırır.

Eyni zamanda, Rusiyanın müdafiə naziri Sergey Şoyqu artıq 200 min nəfərin səfərbər olunduğunu açıqlayıb. Lakin onların real sayı 100 min nəfəri keçsə də, daha azdır.

Bundan əlavə, Belarusda Rusiyadan səfərbər edilmiş 20 min nəfərin yerləşdirilməsi üçün yerlər hazırlanır . Onlar Rusiya Silahlı Qüvvələrinin Belarusda yerləşən hissələrini doldurmalıdırlar. Artıq ora rus hərbçiləri ilə dolu ilk eşalonlar gəlib.

Gununsesi.info