ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində bu ölkədə keçiriləcək Futbol üzrə dünya çempionatı zamanı uçuşlar təxirə salına bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. “Reuters”in yazdığına görə, Rusiyada keçiriləcək dünya çempionatında iştirak etmək istəyən idman komandaları və aviaşirkətlər Amerikanın tətbiq etdiyi sanksiylar nəticəsində ciddi problemlərlə üzləşə bilər. Çünki dünya çempionatında iştirak edəcək idman komandalarının gələcəyi səkkiz Rusiya hava limanının sahibləri ABŞ-ın sanksiyası altındadır.
Məsələn, Polşa LOT aviaşirkəti vasitəsi ilə Soçiyə uçmaq istəyir ki, buradakı hava limanı “Bazel Aero” şirkəti tərəfindən idarə olunur. Həmin şirkətə də ABŞ sanksiyaları tətbiq edilən Oleq Deripaska rəhbərlik edir. Yaranmış vəziyyətin mürəkkəbliyini görən LOT aviaşirkəti, hər hansı siyasi prosesə cəlb olunmaq istəmədiklərini və məsələni hüquqşunaslarla müzakirə edəcəyini bildirib.
İsveç və İslandiya futbol assosiasiyaları da birbaşa Gəlincik hava limanına uçmaq istəyir ki, bu hava limanını da Oleq Deripaskanın sahibi olduğu “Bazel” şirkəti idarə edir.
“Reuters” onu da bildirir ki, futbol yarışlarının keçiriləcəyi Yekaterinburq, Samara, Rostov, Nijniy Novqorod şəhərlərindəki hava limanları “Renovo” qrupuna daxildir. Bu şirkət də Viktor Verselberqə məxsusdur. Bu şəxs də sanksiyalar altında olanlardan biridir.
Bununla belə “Reuters” yazır ki, ABŞ-ın sanksiyalarının futbol komandalarına yarışlarda iştirak etmək üçün Rusiyaya gəlişinə mane ola bilməyəcək. Çünki bu komandalar onun hava limanlarından istifadə etməklə yarışlara qatılacaqlar.
Gununsesi.info