Rusiyadakı səfirlikdən Bülbüloğlunun geri çağırılmasına reaksiya

Azərbaycanın Rusiyadakı səfirliyi səfir Polad Bülbüloğlunun geri çağırılacağı ilə bağlı Gununsesi.info-nun xəbərinə reaksiya verib.

Səfirlikdən verilən  açıqlamada bildirilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının səfirlərinin təyinatı məsələsi dövlətimizin başçısının səlahiyyətindədir. Prezidentimiz isə nəyi necə, nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.

 

BUNA DA BAX:

 

Polad Bülbüloğlu geri çağırılır

Azərbaycanın Rusiyadakı Səfirinin geri çağırılmasını “zəruri edən” “maliyyə pozuntuları” iddiası isə saytın istinad etdiyi mənbənin “zəngin” və xəstə təxəyyülündən xəbər verir. Belə ki, 2006-cı ildən Səfirlikdə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə aparılmış maliyyə yoxlamalarının sonuncusu 2019-cu ildə həyata keçirilmiş və heç bir ciddi nöqsan aşkarlanmamışdır.

Yalan xəbəri yayan saytın əməkdaşlarının diqqətinə çatdırırıq ki, istənilən məlumatı dərc etməmişdən öncə həmin xəbəri hərtərəfli araşdırmaq lazımdır.

Redaksiyadan:

Məlum xəbərlə bağlı əməkdaşımız səfir Polad Bülbüloğlunun mobil telefonuna dəfələrlə zəng etsə də danışmaq cəhdi  baş tutmayıb.

Cənab Bülbüloğlunun geri çağırılacağı barədə xəbərə gəlincə, bir daha eyni informasiyamızın üzərində dayanırıq.

Şəbnəm