Rusiyadakı seçkilərin ilkin nəticəsi – Putinin partiyası qalib gəlir

  • By admin
  • 20 Sentyabr 2021 11:33

Rusiya Dövlət Dumasına keçirilən seçkilərin ilkin nəticəsi məlum olub.

Gununsesi.info Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, səhər saat 08:00-a olan məlumata əsasən, hakim “Vahid Rusiya” partiyası səslərin 48,65%-ni, “Rusiya Kommunist Partiyası” 20,22%-ni və Liberal-Demokrat Partiyası isə 7,66% səs toplayıb.

Növbəti yerlərdə “Ədalətli Rusiya – Vətənpərlər – Ədalət Uğrunda” (7,42%), “Yeni İnsanlar” (5,51%), “Pensionerlər Partiyası” (2,58%), “Rusiya Kommunistləri” (1,34%), “Yabloko” (1,08%), “Yaşıllar” (0,84%) və s. yer alıb.

Xatırladaq ki, sentyabrın 17-19-u aralığında keçirilən seçkilərdə siyasi partiyalar proporsional qaydada iştirak edir.

Gununsesi.info