Rusiyada yaşayan tacik miqrantlar Ukraynada döyüşməkdən imtina etdikləri üçün ölkədən deportasiya olunduqlarını deyirlər.
Gununsesi.info bildirir ki, AzadlıqRadiosuna danışan 30 yaşlı Düşənbə sakini Mansur Hociyev Rusiya ordusuna qoşulmaqdan imtina etməsindən bir neçə həftə sonra ölkədən çıxarılıb.
Hociyev deportdan öncə miqrasiya idarəsinə çağrılıb və məmurlar ondan qanunsuz narkotiklər qəbul etdiyini boynuna alması haqda sənədi imzalamasını tələb ediblər:
“Orada dörd maskalı kişi qollarımı qandalladı, başıma plastik torba keçirib, məni inək kimi bir maşına itələdi. Bir meşəyə gətirdilər, qollarıma və ayaqlarımı məftillə bağlayıb bədənimə elektroşok verdilər”.
Gununsesi.info