Rusiyadakı yanğında ölənlər arasında azərbaycanlılar var? - RƏSMİ AÇIQLAMA (YENİLƏNİB)

  • By admin
  • 26 Mart 2018 11:00

Rusiyanın Kemerovo şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Rusiyadakı səfirliyi və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadırlar.

***

10:56

Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Qeyd edək ki, “Qış albalısı” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 53 nəfər ölüb.

Mürtəza

Gununsesi.info