Rusiyadan AB-yə etiraz: Türkiyəni istəmirlər

  • By arzu
  • 11 İyul 2023 17:22

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin Avropa Birliyinə(AB) üzvlük şərti ilə İsveçin NATO-yaz üzvlüyünə yaşıl işıq yandırmasından sonra Moskvadan rəsmi açıqlama səsləndirilib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Kremilin səzcüsü Dmitri Peskov AB-nin Türkiyəni üzv etmək istəmədiyini deyib.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov ölkəsinin Türkiyə ilə əlaqələrini inkişaf etdirmək istədiyini vurğulayıb.

“Türkiyə Qərbə yönələ bilər. Türkiyənin tarixində Qərbə doğru ciddi şəkildə istiqamətləndiyi və ya daha az yönəldiyi dönəmlərin olduğunu bilirik.Ancaq bunu gözəl bilirik ki, Avropa ölkələri Türkiyəni Avropada görmək istəmirlər”.

 

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü anlayışla qarşıladıqlarını söyləyən Peskov belə deyib:

“Türkiyə bir NATO ölkəsidir. Türkiyənin məsuliyyəti var. Bunlardan asılıdır. Bu çərçivədə heç bir zaman çəhrayı eynək taxmadıq. Bu işə belə yanaşırıq. Hər şeyi gözəl anlayırıq”.

 

Tərcümə: Arzu

Gununsesi.info