Rusiyadan ABŞ-a Şimali Koreya ilə bağlı – Bəyanat

  • By admin
  • 31 İyul 2017 19:00

rusiya-xin
Şimali Koreyanın təhdidi ilə bağlı Rusiya və Çini günahlandıran ABŞ Dövlət katibi Reks Tillersonın sözləri qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

ABŞ və bəzi ölkələrin Şimali Koreyanın təhdidinin artmasının məsuliyyətini Rusiya və Çinə yükləməyə cəhd göstərməsinə reaksiya göstərən Rusiya XİN bütün tərəfləri gərginlyin artmasına səbəb olacaq addımlardan uzaq durmağa çağırıb: “ABŞ və bir sıra ölkələrin nümayəndələrinin baş verən proseslərin məsuliyyətini Rusiya və Çinə yükləmək təşəbbüsləri qəbuledilməzdir”.

Gununsesi.info