Rusiyadan ABŞ-a xəbərdarlıq

  • By admin
  • 07 Fevral 2017 11:16

ryabkov

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ və İran arasında əldə olunan nüvə proqramı ilə bağlı razılaşmanın yenidən müzakirəyə çıxarılmasının riskli olmasıyla bağlı ABŞ-a xəbərdarlıq edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, S. Ryabkov bildirib ki, 2015-ci ilin iyulundan etibarən Vashinqton ilə Tehran arasındakı isti münasibətlər bu gün də davam edir.

“Məhz, ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılması üçün tələb irəli sürəcəyini bəyan etməsi iki ölkə arasında münasibətlər yenidən gərginləşə bilər” – deyə, S. Ryabkov sözlərinə əlavə edib.

Anar
Gununsesi.info