Rusiya Azərbaycandan idxal olunan 50,4 ton pomidoru geri qaytarıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, 1-18 fevral tarixlərində idxal olunan məhsullar qurumun Dağıstandakı idarəsi tərəfindən saxlanılıb.
Azərbaycan məhsullarında Cənubi Amerika güvəsinin aşkarlandığı qeyd olunur.
Gununsesi.info