Rusiyadan Azərbaycana yeni silahlar gətirildi - FOTO+VİDEO

  • By admin
  • 10 İyul 2017 11:49

b157a5327fc72ae65b0db66d7e4f9a36

Rusiya istehsalı olan müasir döyüş texnikası, silah, sursat və digər hərbi avadanlıqların Azərbaycana gətirilməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, iki ölkə arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatdırılıb.

Bakı limanına artilleriya və raket sistemləri üçün gətirilən çoxlu sayda mərmilər, raketlər və digər hərbi-texniki əmlak düşmənin döyüş vasitələrinin, mühəndis-istehkam qurğularının, canlı qüvvəsinin və geniş ərazidə obyektlərinin dəqiq zərbə ilə məhv edilməsi üçün nəzərdə tutulub.

Eşalonlaşdırılan döyüş sursatları cəbhədə yerləşən qoşunların döyüş imkanlarını xeyli gücləndirəcək.

7555166eaf2e882c5bb5405ba8b49026 c6983f5fe0267f632a5bfdd701877d3f dfe60091d8949eb517a1c572b0e39951

Gununsesi.info