Rusiyadan Bakıya təhlükəli cinayətkar ekstradisiya olunacaq  

  • By admin
  • 09 İyul 2018 16:00
Похожее изображение
 

Rusiyanın Voloqda vilayətinin Şeksnı rayonundakı həbsxanada cəza çəkən şəxs Azərbaycana ekstradisiya olunacaq.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Azərbayc an vətəndaşı olan cinayətkar 2017-ci ildə Tolyattidə adam oğurladığı üçün 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Onun 2005-ci ildə Azərbaycanda 2 nəfəri öldürməyə cəhd etdiyini üçün axtarıldığı da üzə çıxıb. Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında, o Bakıya deportasiya olunacaq.