Rusiyadan böhrana səbəb olacaq addım: Baş naziri axtarışa verdi

  • By admin
  • 13 Fevral 2024 14:41

Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kaja Kallas barəsində axtarış elan edib.

Gununsesi.info xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin saytında yer alan məlumata görə, “Kallas Rusiya Cinayət Məcəlləsinə uyğun olaraq axtarışa verilib”. Bundan əlavə, Estoniyanın dövlət naziri Taimar Peterkop və Litvanın mədəniyyət naziri Simonas Kayris də “axtarılanlar siyahısına” salınıb.

Rusiyanın açıqlamasında bu şəxslərin “Rusiya dövlətinə qarşı düşməncəsinə addımlar atdığı, eyni zamanda ölkələrindəki sovet abidələrini hədəfə aldığı” bildirilib.

Kallas Rusiya hakimiyyətinə qarşı bəyanatları ilə tanınır. Ukraynadakı müharibədən sonra Baltikyanı ölkələrdə çoxlu sovet abidələrinin götürülməsi diqqəti cəlb edib.

Gununsesi.info