“Rusiyanın İsrail-Fələstin münaqişəsinin həlli məsələsinə prinsipial və ardıcıl yanaşması dünya dövlətlərinin böyük əksəriyyəti tərəfindən bəyənilir”.
Gununsesi.info bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın cümə axşamı, noyabrın 16-da XİN-in saytında dərc olunmuş şərhində deyilir.
Rusiyalı diplomat diqqəti Amerika ekspert icmasında ABŞ prezidenti Co Bayden və digər rəsmi şəxslərin bəyanatlarından sonra suveren Fələstin dövlətinin yaradılmasının zəruriliyi ilə bağlı tezislərin təbliğ olunduğuna yönəldib. “Eyni zamanda qeyd olunur ki, nə ictimai, nə də özəl müzakirələrdə bu nəticənin dəqiq necə əldə olunması ilə bağlı praktiki olaraq heç bir müzakirə aparılmır. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, söhbət bir daha anlayışların əvəzlənməsindən gedir”, – deyə o bildirib.
“ABŞ-ın özünün “iki dövlət” formuluna əsaslanan Fələstin-İsrail nizamlanması problemlərinin ciddi müzakirəsindən çəkildiyini və Rusiya, ABŞ, Avropa İttifaqı və BMT-dən ibarət beynəlxalq vasitəçilərinin Yaxın Şərq “dördlüyü” kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə təsdiqlənən unikal formatın fəaliyyətini əngəllədiyini nəzərə alsaq, bu cür bəyanatlar ən azı qəribə səslənir”, – Zaxarova qeyd edib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, Qəzza və onun ətrafındakı “oktyabr böhranı” Amerikanın Yaxın Şərqdə vasitəçilik funksiyasını “inhisar etmək” cəhdlərinin zərərini və uzun müddətdir davam edən İsrail-Fələstin münaqişəsinin təkbaşına aradan qaldırılmasının mümkünsüzlüyünü bir daha sübut etdi.
“Rusiya diplomatiyasının səyləri Qəzzada və onun ətrafında müharibənin dayandırılması zərurəti ilə bağlı təcili problemlərin həlli, humanitar yardımın göstərilməsi, girovların azad edilməsi və Rusiya vətəndaşlarının təxliyyəsi ilə yanaşı, İsrail ilə sülh və təhülkəsizlik şəraitində yaşayan, 1967-cı il sərhədləri daxilində birgə mövcud olan bütöv, ərazi cəhətdən davamlı Fələstin dövlətinin yaradılmasını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış hüquqi baza ilə bir Fələstin-İsrail həll yolunun başlanması məqsədi güdür”, – deyə Zaxarova yekunlaşdırıb.
Gununsesi.info