Rusiyadan dəhşətli müharibə ANONSU

“Rusiyanın nüvə müharibəsinin qarşısının alınması ilə bağlı bəyanatını Qərbdə yalnız ciddi şəxslər dinləyib”.

Gununsesi.info “RİA Novosti”-yə istinadla xəbər verir ki, bu barədə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Vladimir Orlov bildirib.

HTML tutorial

“Rusiya tərəfi öz siyasətində nüvə müharibəsinin yolverilməzliyi postulatını rəhbər tutur və nüvə dövləti kimi xüsusi məsuliyyət daşıyır. Rusiyanın nüvə silahından istifadəsinə yalnız kütləvi qırğın silahlarının tətbiq ediləcəyi təcavüzə cavab kimi hipotetik olaraq yol verilə bilər”, – o qeyd edib.

Orlov əlavə edib ki, bəyanat həm beynəlxalq tərəfdaşlara, həm də Rusiyanın əleyhdarlarına ünvanlanıb: “Qərbdəki bəyanatlara qulaq asılacaqmı sualına, bəlkə mən sizi təəccübləndirərəm və deyim ki, mənə elə gəlir ki, onlara qulaq asılacaq”.

Professor Rusiyaya qarşı “kifayət qədər aydın informasiya müharibəsi”nin aparıldığını vurğulayıb. Onun sözlərinə görə, “nüvə” və “Rusiya” sözlərinin birləşməsi belə Rusiyanı ittiham etməyə kömək edəcək.

Gununsesi.info