
Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə bu prosesi dayandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Yuri Vorobyov öz teleqram kanalında yazıb.
Qeyd olunub ki, Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tədris materiallarının ekspertizasının keçirilməsi zərurəti bəhanəsi ilə Rusiyanın məktəblərə hədiyyə etdiyi dərsliklərin paylanmasını dayandırıb.
“Ermənistan Təhsil və Elm Nazirliyinin bu prosesi dayandırması məni çox təəccübləndirdi. Xüsusilə qəribəsi odur ki, erməni həmkarlarımızın özləri bizə lazımi dərsliklərin konkret siyahısını göndəriblər”, – Yuri Vorobyov bildirib.
O qeyd edib ki, Bişkekdə olan Rusiya nümayəndə heyəti Ermənistan parlamentinin vitse-spikeri qarşısında bu məsələni qaldırıb və yaxın vaxtlarda bütün maneələrin aradan qaldırılacağına ümid etdiyini bildirib.
Gununsesi.info