Rusiyadan Ermənistana xəbərdarlıq: Paşinyan Dağlıq Qarabağın Azərbaycana daxil edilməsinə imza atıb, mövzu qapanıb

  • By admin
  • 11 Sentyabr 2023 13:33

Rusiya Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq açıqlaması edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, nazirlik Ermənistanın Dağlıq Qarabağda Azərbaycana qarşı təxribatlarına sərt reaksiya verib.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Paşinyan keçmiş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycana qatılamsı ilə bağlı sənədi imzalayıb, mövzu qapanıb.

Xatırladaq ki, son 1 həftədə erməni rəsmiləri Qarabağla bağlı bir sıra, siyasi, hərbi və diplomatik provakasiyalar törətməkdədir.

Dağlıq Qarabağda hüquqa zidd şəkildə qondarma seçkilər keçirmiş və Avropa Birliyi, Moldova, Türkiyə, Ukrayna və digər dünya dövlətlərindən qınama və etiraz açıqlamaları səsləndirilmişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info