“Rusiyadan gedən şirkətləri bizə cəlb edin” -Tokayev

  • By admin
  • 14 İyul 2022 10:52

Qazaxıstan prezidenti Kasım-Comert Tokayev hesab edir ki, bu gün hamı investisiya kapitalı uğrunda qlobal savaşın şahididir.

Gununsesi.info xarici elekrton mediaya istinadla xəbər verir ki, Qazaxıstanın dövlət başçısı hökumətin geniş iclasında bildirib ki, müharibəyə qədər Rusiyada fəaliyət göstərən təxminən 1.400-ə yaxın xarici şirkətin böyük əksəriyyəti ya işini dayandırıb, ya da Rusiya bazarından tamamilə gedib.

O, hökumətə həmin xarici şirkətlərin Qazaxıstanda relokasiyası üçün əlverişli şərait yaratmağı tapşırıb:

“Bu bizə orta və yuxarı səviyyələrdə məhsul istehsalını artırmaq üçün yaxşı imkanlar yaradacaq”.

Qeyd edək ki, bir qədər əvvəl də Qazaxıstan prezidenti respublikada rahat relokasiya şəraitini yaratmaq üçün hökumətə tapşırıq vermişdi.

Gununsesi.info