Rusiya heç bir Alyans ölkəsinə təhlükə törətmir.
Gununsesi.info xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“Mən Rusiyadan heç bir Alyans ölkəsinə təhlükə görmürəm. Bu gün hər bir sözə diqqətlə yanaşmaq gərginlik yaratmamaq vacibdir. Biz Rusiya ilə münaqişə axtarmırıq, “soyuq” müharibə istəmirik. Məqsədimiz münaqişə yox, dialoq üçün imkanlar yaratmaqdır”, deyə Y.Stoltenberq bildirib.
Bununla belə, Y.Stoltenberq deyib ki, rəsmi Moskva NATO və Rusiya arasında Əməkdaşlıq və Təhlükəsizlik haqqında Əsas Aktın müddəalarına riayət etmir: “Bu sənəddə müəyyən məhdudiyyətlərin mövcudluğuna baxmayaraq, Rusiyanın hərbi iştirakı əhəmiyyətli dərəcədə artıb”. (Gazeta.ru, APA)